Azərbaycan millisinin və "Dinamo"nun (Zaqreb, Xorvatiya) futbolçusu Mahir Emreli Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Milan"la (İtaliya) oyunu buraxacaq.
Yenisabah.az xəbr verir ki, buna səbəb 25 yaşlı hücumçunun bir neçə gün əvvəl virusa yoluxmasıdır. Ona görə də Mahir "Milan"la ev oyununda iştirak etməyəcək.
Həmçinin virusa yoluxan digər dörd futbolçu - Daniel Şteful, Robert Lyuboviç, İvan Nevistiç və Marko Bulat da bu matçda meydana çıxa bilməyəcəklər. pizza sifarişi
Qeyd edək ki, Mahir Xorvatiya çempionatının 14-cü turunda "Hayduk"la görüşdə də virus səbəbindən oynamayıb. Onun adı iştira ərizəsinə də daxil edilməmişdi.
Əlavə edək ki, oktyabrın 25-də keçiriləcək "Dinamo" - "Milan" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Telegram kanalımız