Mahir “Qalatasaray“la oyuna belə hazırlaşır   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Mahir “Qalatasaray“la oyuna belə hazırlaşır - Foto

İdman

14 Mart 2023 11:31 822


Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası "Konyaspor" bu həftə lider "Qalatasaray"la qarşılaşacaq. 

Yenisabah.az xəbər verir ki, komandalar Türkiyə superliqasının 25-ci turunda üz-üzə gələcək. Konya şəhərində keçiriləcək turun bu açılış matçı martın 17-i Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. M.Emrelinin görüşdə iştirakı gözlənilir.

"Konyaspor" martın 13-də bu vacib oyunun hazırlığına başlayıb. Məşqlərdə M.Emreli də fəal iştirak edib. Hazırlıq prosesi bu gün davam etdiriləcək.  pizza mizza

Qeyd edək ki, 24 turdan sonra "Qalatasaray" 60 xalla 1-ci, "Konyaspor" isə 31 xalla 8-ci yeri tutur. 

Əlavə edək ki, M.Emreli ötən tur "Giresunspor"la görüşdə (0: 0) debüt edib. Start heyətdə meydana daxil olan 25 yaşlı hücumçu 56-cı dəqiqədə əvəzlənib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!