Mahir və komanda yoldaşları arasında nə baş verib? - Özü açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Mahir və komanda yoldaşları arasında nə baş verib? - Özü açıqladı

İdman

28 Sentyabr 2024 20:07 1062


Millimizin hücumçusu Mahir Emreli "Nürnberq"də komanda yoldaşları Yannik Hofmann və Finn Elç ilə yaşadığı gərginlikdən sonra sosial şəbəkədə hər iki futbolçu ilə səmimi fotolar paylaşmışdı.

Məsələni aydınlaşdırmaq üçün Mahir Emreli ilə əlaqə saxladıq. Offsideplus.az-a açıqlamasında bu xəbərləri təkzib edərək bildirib:

"Alman mətbuatı yalan xəbər yayır. Heç bir mübahisə olmayıb, bunlar sadəcə söhbətlərdir. Belə yalan xəbərləri yazırlar ki, komanda ruhuna təsir etsin, amma bu olmayacaq. Bizim məşqdə heç vaxt dava olmayıb. Uşaqlar məndən 3 yaş balacadır. Belə bir hal ümumiyyətlə ola bilməz. Bizim mətbuat yazana kimi belə şeydən xəbərimiz yox idi. Sonra mən soruşdum ki, belə bir şey yazıblar, hamımız gülməyə başladıq". Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!