Mahir Xorvatiya klubundan ayrılır? - Baş məşqçisi açıqladı 

saytların hazırlanması

Evə çatdırılma

Mahir Xorvatiya klubundan ayrılır? - Baş məşqçisi açıqladı 

İdman

29 May 2024 14:24 727


Xorvatiyanın Zaqreb “Dinamo”sunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli komandadan ayrıla bilər. 

Yenisabah.az xəbər verir ki, bunu paytaxt klubunun baş məşqçisi Sergey Yakiroviç “Sportske”yə müsahibəsində deyib. 

O, bəzi futbolçuların "Dinamo"dakı taleyi ilə bağlı sualları cavablandırarkən Mahirin başqa klubdan təklif aldığını və komandadan ayrılmaq istədiyi bildirib:  Sezar pizza

“Onun böyük ehtimalla reallaşacaq təklifi var. Düşünürəm ki, bunu reallaşdırmaq istəyəcək”. 

Qeyd edək ki,  Mahir Emrelinin 2022-ci ilin fevralından çıxış etdiyi  "Dinamo" ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm “Dinamo” ilə bütün turnirlərdə 24 oyunda meydana çıxıb, 5 qol vurub, 5 qolun isə ötürməsini edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!