Mahir “Zalsburq”la oyunun iştirak ərizəsində

saytların hazırlanması

Evə çatdırılma

Mahir “Zalsburq”la oyunun iştirak ərizəsində

İdman

11 Oktyabr 2022 01:20 1026


Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda evdə "Zalsburq"la oyun üçün iştirak ərizəsində yer alacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Zaqreb təmsilçisinin baş məşqçisi Ante Çaçiç matçdan öncə təşkil olunan mətbuat konfransında məlumat  verib. O, millimizin üzvünün görüş üçün iştirak ərizəsində olacağını bildirib. Ancaq mütəxəssis Mahiri oynadıb-oynatmayacağını söyləməyib.

Qeyd edək ki, FİFA millimizin üzvünün sabiq klubu "Legiya" qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün futbolla bağlı bütün fəaliyyətinə qadağa qoymuşdu. Qərara görə “Legiya”dan qalmaqallı şəkildə ayrılan Emreli Polşa klubuna 100 min avro ödəməli idi. Bu gün oyunçu Varşava təmsilçisinə borcunu ödədikdən sonra FİFA qərarı ləğv edib. Toyuqlu pizza

Əlavə edək ki, sabah keçiriləcək "Dinamo" - "Zalsburq" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında 3-cü turda Avstriyada keçirilən ilk görüşdə Xorvatiya klubu 0:1 hesabı ilə uduzub./Qol.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!