Mahirdən “Dinamo“da növbəti qol - Video

saytların hazırlanması

Evə çatdırılma

Mahirdən “Dinamo“da növbəti qol - Video

İdman

15 Aprel 2022 23:44 1377


Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb) bu gün Xorvatiya çempionatında növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, komanda 31-ci turda “İstra”nı qəbul edib. Mahir ilk dəfə "Dinamo"nun heyətində ilk 11-likdə meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. O, 50-ci dəqiqədə komandasının 3-cü qolunu vurub. 25 yaşlı hücumçu son turda da rəqib qapısına yol tapmışdı.

Digərlərindən 1 oyun az keçirən “Dinamo” turnir cədvəlində 66 xalla liderdir. “İstra” isə 26 xalla 8-cidir.  Dominos pizza

Xatırladaq ki, M.Emreli fevral ayından “Dinamo”da oynayır. O, komandanın heyətində yerli çempionatda 5 matç keçirib.

Xorvatiya çempionatı, 31-ci tur

20:00. “Dinamo” (Zaqreb) - “İstra” - 3:0 

Qollar: Orsiç, 8, 45+1, Emreli, 50
“Maksimir” stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!