Mahirin komandası rəqibi darmadağın etdi

saytların hazırlanması

Evə çatdırılma

Mahirin komandası rəqibi darmadağın etdi

İdman

16 Dekabr 2021 09:45 1119


Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa çempionatında növbəti oyununa çıxıb.

Yenisabah.az xəbər verir ki, Varşava təmsilçisi 3-cü turdan təxirə salınmış matçda "Zaqlebie"ni qəbul edib. Görüş "Legiya"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

"Legiya" - "Zaqlebie" - 4:0 Toyuqlu pizza

Qollar: Lopes, 26, 39, Pekhart, 49, Holovina, 53

Son turda Plotsk "Visla"sına məğlubiyyətdən (0:1) sonra azarkeş hücumu nəticəsində başından zədə alan Mahir Emrelinin adı matçın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 15-ə çatdıran "Legiya" sonuncu pillədən qurtulub. 3 pillə irəliləyən komanda 15-ci yerə yüksəlib. Paytaxt təmsilçisi son 11 görüşün 9-unda uduzub, 2-sində qalib gəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!