“Mahirin Polşada ulduz olma potensialı var“   - “Legiya“nın baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Mahirin Polşada ulduz olma potensialı var“ - “Legiya“nın baş məşqçisi

İdman

28 İyun 2021 14:21 930


Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç yerli mətbuata müsahibə verib.

Yenisabah.az xəbər verir ki, 51 yaşlı mütəxəssis yeni transfer Mahir Emreli ilə bağlı da danışıb.

O, "Mahir Emrelinin liqanın ulduzu olma potensialı varmı?" sualını belə cavablandırıb: "Kaş ki, olsun. Bunun üçün potensialı var. Amma bu liqaya çox sayda potensiallı oyunçu gəlsə də, heç də hamısı uğurlu ola bilməyib. Onun yaxşı oynaması və bizə kömək etməsi üçün hər şeyi edəcəyik. Emreli oyuna qoşulmağı sevən futbolçudur. Meydanda çox qaçır. Liqanın ulduzu olmasını istərdim. Amma heç nəyi əvvəlcədən deyə bilmərəm". Dominos pizza

Xatırladaq ki, Mahir Emreli "Legiya"da meydana çıxdığı 2  yoxlama oyununda 4 qol vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!