“Mahirin qalacağına əmin deyiləm“   - “Legiya“nın baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Mahirin qalacağına əmin deyiləm“ - “Legiya“nın baş məşqçisi

İdman

22 Dekabr 2021 14:19 936


"Mahirlə ilk dəfə tanış olanda çox təəccübləndim. Televiziya önündə onu izləyəndə qarşımda bir qədər təkəbbürlü insanın olacağını gözləyirdim. Lakin o, məni təəccübləndirdi və əks təəssürat yaratdı".

Yenisabah.az xəbər verir ki, bu sözləri Polşa "Legiya"sının baş məşqçisi Aleksandr Vukoviç "Sparkchronicles" nəşrinə açıqlamasında deyib.

O, millimizin hücumçusu Mahir Emrelinin komandadan ayrılacağı haqda yayılan xəbərlərə yenidən münasibət bildirib: "Söhbətimiz çox pozitiv keçdi. Şübhəsiz ki, onu təkəbbürlü adlandırmaq olmaz. Ümid edirəm ki, bizim oyunçumuz olmağa davam edəcək. Lakin mən hazırda birmənalı, əmin cavab verə bilmirəm". Dominos pizza

Xatırladaq ki, "Legiya" fanatları Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır. Mahirin "Legiya"dan ayrılacağı haqda xəbərlər yayılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!