Mahnı müsabiqəsi ilə tanınan müğənninin toyudur

saytların hazırlanması

Evə çatdırılma

Mahnı müsabiqəsi ilə tanınan müğənninin toyudur

Şou

17 Aprel 2024 13:43 497


"7-17" mahnı müsabiqəsi ilə tanınan müğənni Xəyalə Manaflının bu gün toyu olacaq.

Yenisabah.az sfera.az-a istinadla xəbər verir ki, bu barədə ifaçının xalası, bəstəkar Məryəm Əlibəyli məlumat verib.

"5 yaşından Azərbaycan səhnələrinin, televiziyaların illər əvvəl ən kiçik ulduzu olmuş bu xanımın bu gün toy günüdür. Elə bilirdim bu əziz günü yalnız ailəsi, yaxınları, əzizləri gözləyir. Sən demə elə deyilmiş. Bütün sosial şəbəkələrdə minlərlə insanın sevincini görürəm. Bacımın qızına, eyni zamanda yaradıcılığımın bəhrəsinə səadət arzulayıram". Toyuqlu pizza

Xatırladaq ki, 39 yaşlı sənətçi nişanlısı Nurlan Rzayev adlı bəylə "TikTok" video platformasında tanış olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!