Makedon bu axşam Azərbaycana gələcək

saytların hazırlanması

Evə çatdırılma

Makedon bu axşam Azərbaycana gələcək

İdman

03 Avqust 2020 09:39 1168


"Renova"nın futbolçusu Florian Kadriunun Azərbaycan klubuna keçidi rəsmiləşib.

Yenisabah.az xəbər verir ki, "Səbail" yarımmüdafiəçi ilə 1 illik müqavilə bağlayıb.

Bayıl klubu şimali makedoniyalının təyyarə bileti ilə bağlı problemini həll edib və o, artıq bu axşam Bakıda olacaq. pizza sifarişi

4 illik legioner karyerası ərzində Albaniyanın "Tirana" (2015-2016), "Teuta" (2016), Makedoniyanın "Şkupi" (2016-2017) və "Rabotniçki" (2017) klublarında oynayıb. 2018-ci ildən "Renova" forma geyinən futbolçu başa çatan mövsümdə 23 oyuna çıxaraq, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

    


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!