“Makkabi” azarkeşləri Niderlandda hücuma məruz qaldı

saytların hazırlanması

Evə çatdırılma

“Makkabi” azarkeşləri Niderlandda hücuma məruz qaldı

İdman

08 Noyabr 2024 12:24 970


Avropa Liqasının ümumi mərhələsinin 4-cü turu çərçivəsində keçirilən "Ayaks"la oyundan sonra Amsterdamda İsrailin "Makkabi" futbol klubunun azarkeşləri hücuma məruz qalıblar.

Yenisabah.az “The Jerusalem Post”a istinadla xəbər verir ki, 10 nəfər yaralanıb, daha 3 nəfər itkin düşüb. Hücumlarda əli olmaqda şübhəli bilinən 57 nəfər saxlanılıb.

Hücum edənlər maska ​​taxıb və Fələstin tərəfdarı şüarlar səsləndiriblər. Mütəşəkkil qruplar şəhərin müxtəlif yerlərində hücumlar həyata keçirib. Yüzlərlə insan hava limanına çatmaq üçün otel otaqlarını tərk etməkdə çətinlik çəkib. pizza sifarişi

İsrailin baş naziri Benyamin Netanyahu israilliləri təxliyə etmək üçün Amsterdama təyyarələr göndərmək qərarına gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!