“Makkabi”nin baş məşqçisi: “Sabah” daha da güclənib” 

saytların hazırlanması

Evə çatdırılma

“Makkabi”nin baş məşqçisi: “Sabah” daha da güclənib” 

İdman

25 İyul 2024 14:50 736


"Hər halda, bu bizim ev oyunumuzdur. Bu, reallıqdır və biz bəhanə axtarmırıq. Tribunalarda maksimum dəstək verəcək azarkeşləri görməyi gözləyirik. Ötən mövsümü Azərbaycan çempionatında ən yüksək yerlərdən birində başa vuran komandaya qarşı çətin oyun olacaq. Üstəlik, “Sabah” daha da güclənib". 

Yenisabah.az xəbər verir ki, bu sözləri İsrail "Makkabi"sinin (Hayfa) baş məşqçisi Barak Bahar Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Sabah"a qarşı oyun öcəsi deyib. 

"Gözləntilərimi aşağı salmıram, amma çətin matç olacaq. Komandanın bir araya gəlməyə başladığını hiss edirəm. Nəticənin də eyni dərəcədə vacib olduğunu bilirik. Biz maksimum hazır olmalıyıq" - deyə o bildirib.  pizza

Qeyd edək ki, bu gün keçiriləcək "Makkabi" - "Sabah" görüşü Bakı vaxtı ilə saat 21:15-də başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!