Makqreqor 6 ay həbs oluna bilər

saytların hazırlanması

Evə çatdırılma

Makqreqor 6 ay həbs oluna bilər

İdman

24 Mart 2022 13:06 429


Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor İrlandiyanın paytaxtı Dublində saxlanılıb.

Yenisabah "Irish Independent" nəşrinə istinadla xəbər verir ki, 34 yaşlı döyüşçü təhlükəli avtomobil idarə etdiyi üçün tutulub.

İdmançının "Bentley Continental GT" markalı maşını cərimə meydançasına göndərilib. Polis bölməsinə aparılan Makqreqora qarşı ittiham irəli sürülüb. Marqarita pizza

O, iclas təyin olunanda məhkəməyə gəlmək öhdəliyi ilə zaminə buraxılıb.

Döyüşçü təqsirli bilinsə, 5500 ABŞ dolları məbləğində cərimə ödəyə və ya 6 aylıq həbs oluna bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!