Makron Ərdoğanla görüşdə özünü alçalmış duruma salıb

saytların hazırlanması

Evə çatdırılma

Makron Ərdoğanla görüşdə özünü alçalmış duruma salıb

Siyasət

17 May 2025 20:42 475


Fransada "Patriotlar" Partiyasının lideri Florian Filippo ölkə prezidenti Emmanuel Makronun Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla söhbəti zamanı alçaldıldığını deyib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.

"Makron özünü Ərdoğana ağıllı göstərmək istədi, amma alçaldı", - o bildirib. Toyuqlu pizza

Hadisə Avropa Siyasi Birliyinin Tiranada keçirilən toplantısı zamanı kameraya düşüb. Makron masa arxasında əyləşən Ərdoğana yaxınlaşaraq əlini Türkiyə liderinin əlinin üstünə qoyub. Ərdoğan cəld əlini çəksə də, Makronun iki barmağından yapışıb. Fransa prezidenti bir barmağını Ərdoğanın ovcundan çıxara bilib. Türkiyə lideri gülümsəyərək oturduğu yerdən qalxmadan Makronun digər barmağını ən azı on saniyə saxlamağa davam edib.

Liderlər, nəhayət, tərcüməçi vasitəsilə qısa söhbətlərini yekunlaşdırıblar. Bundan sonra Ərdoğan Makronun əlini sığallayıb və Fransa lideri kənara çəkilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!