Makron Ermənistana gələcək

saytların hazırlanması

Evə çatdırılma

Makron Ermənistana gələcək

Rəsmi

25 Aprel 2022 13:04 649


Yenidən Fransa prezidenti seçilən Emanuel Makronun Ermənistana gələcəyi gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın baş naziri Nikol Paşinyanın Emanuel Makrona ünvanladığı təbrik mesajında açıqlanıb.

“Əminəm ki, növbəti beş il üçün yenidən prezident seçilməyiniz Ermənistan və Fransa arasında imtiyazlı münasibətlərə yeni təkan verəcək, razılaşdırılmış birgə proqramlarımızı, o cümlədən ikitərəfli iqtisadi əlaqələrin intensivləşdirilməsinə yönəlmiş səyləri uğurla davam etdirməyə imkan verəcək”, - Paşinyan deyib. Toyuqlu pizza

O, Ermənistanın regionda uzunmüddətli sülhün bərqərar olunmasında ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.

“Sizi yaxın gələcəkdə İrəvanda qəbul etməyi səbirsizliklə gözləyərək, inamlı qələbəniz münasibətilə bir daha təbrik edirəm və sizə uğurlar arzulayıram”, - Paşinyanın mesajında qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!