Makron Ermənistana: “Şəxsi sadiqliyimə arxalana bilərsiniz”

saytların hazırlanması

Evə çatdırılma

Makron Ermənistana: “Şəxsi sadiqliyimə arxalana bilərsiniz”

Rəsmi

21 Sentyabr 2022 12:06 953


Emmanuel Makron Ermənistan prezidenti Vaaqn Xaçaturyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, Fransa prezidenti məktubda qeyd edir:

“Ermənistan demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərdə Fransanın tam dəstəyinə arxalana bilər. Fransa regionunuzda sabitlik, sülh və firavanlıq naminə fəaliyyətini davam etdirmək əzmindədir. pizza mizza

Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir. Həmçinin, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə Avropa İttifaqının səylərini dəstəkləyir. Bu baxımdan, siz mənim xalqlarımızın mənafeyinə şəxsi sadiqliyimə arxalana bilərsiniz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!