Makron Ermənistanı Azərbaycanla dialoqa çağırdı 

saytların hazırlanması

Evə çatdırılma

Makron Ermənistanı Azərbaycanla dialoqa çağırdı 

Rəsmi

21 Sentyabr 2021 10:49 1131


“Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Qarabağ münaqişəsinin uzunmüddətli həllini tapmaq və Cənubi Qafqazda vəziyyəti sabitləşdirmək üçün səylərini əsirgəməyəcək”. 

Yenisabah.az “Aysor”a istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Müstəqilliyinin 30-cu ildönümü ilə əlaqədar Ermənistan prezidenti Armen Sarkisyana mesajında bildirib.

O qeyd edib: “Bu həm də ATƏT-in Minsk Qrupunun himayəsi altında Ermənistanla Azərbaycan arasında dialoqun bərpasını nəzərdə tutur. Fransa, həmsədr ölkə olaraq, bu məsələdə kömək etməyə hazırdır". pizza

Makron vurğulayıb ki, Fransa Dağlıq Qarabağdakı qanlı müharibədən 1 il sonra yaranan çətinliklərin öhdəsindən gəlmək üçün Ermənistanla çiyin-çiyinə durur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!