Makron ona vurulan şillədən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Makron ona vurulan şillədən danışdı

Dünya

09 İyun 2021 07:14 1039


Fransa Prezidenti Emmanuel Makron şillə məsələsini böyütməməyə çağırıb və fransızlarla görüşməyə davam edəcəyini deyib.

“Yeni Sabah” xəbər verir ki, Fransa dövlət başçısı həmin hadisədən sonra onda heç bir qorxu hissi yaranmadığını bildirib. “Mən həmin adamın yanında dayanan insanlarla salamlaşmağa, onlarla şəkil çəkdirməyə davam etdim. Mən davam etdim və edəcəyəm. Məni heç nə dayandıra bilməz”.

Makron hər şeyin qaydasında olduğunu deyib və hamını həmin hadisəyə az əhəmiyyət verməyə çağırıb: “Fransızların əksəriyyəti dərin məsələlərlə  maraqlanır. Nümayişlərdə iştirak edən təcavüzkar şəxslər ictimai müzakirələri ələ keçirməyə çalışırlar: onlar buna layiq deyillər. Bu məsələ çoxlarının həyatına təsir edən digər vacib mövzuları kölgədə qoymamalıdır”. pizza hut

Xatırladaq ki, Makron Ten-d'Ermitaj kommunasında vətəndaşlarla görüşərkən kütlənin arasından bir nəfər ona şillə vurub. Makronun cangüdənləri dərhal hərəkətə keçib. Prezidentə şillə vuran və baş verənləri videoya çəkən şəxs saxlanılıb. Hazırda hər ikisi dindirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!