Emanuel Makron Fransanın şimal-şərqində yerləşən Somma departamentinin Poix qəsəbəsindəki bir ibtidai məktəbi ziyarət edib.
Yenisabah.az xarici mediaya istinadla xəbər verir ki, söhbət zamanı uşaqlardan biri əl qaldıraraq “Yediyin şillə necə idi?” – deyə, sual verib.
Sualdan sarsılan Makron özünü ələ alaraq gülümsəyib və “"Yaxşı bir şey deyildi. Bunu məktəb həyətində belə bir-birinizlə əsla etməməlisiniz. Kimisə vurmaq heç vaxt yaxşı olmaz. Etdiyi səhv idi" – deyə cavab verib. Sezar pizza
Xatırladaq ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron ölkənin cənub-şərqinə rəsmi səfəri zamanı yerli sakin tərəfindən şillələnmişdi.
Telegram kanalımız