Makronun antiislam mövqeyi etirazlara səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Makronun antiislam mövqeyi etirazlara səbəb oldu

Dünya

03 Oktyabr 2020 11:21 1414


Fransanın Prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təəccüb doğuran açıqlamasının pərdəarxası məqamları üzə çıxmağa başlayıb. 

Yenisabah.az xatırladır ki, Makron Qarabağda müharibənin alovlanmasına münasibət bildirərkən “Türkiyənin ritorikası Azərbaycanı yenidən Dağlıq Qarabağı işğal etməyə cəsarətləndirir” kimi əsassız fikirlər səsləndirib.

Fransa Prezidenti bilməmiş deyil ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və işlağçılıq siyasətini rəsmi Bakı deyil, Ermənistan yürüdür. Hər halda ATƏT-in Minsk Qrupu Azərbaycanın ərazi bütövlüyünü tanyır. Deməli, Dağlıq Qarabağın Azərbaycan ərazisini olduğunu qəbul edir. Fransa da Minsk Qrupunun həmsdər ölkələrindən biridir.  Bəs o zaman bu ölkənin Prezidenti hansı səbəbdən həm də Azərbaycan-Fransa münasibətlərinə ciddi zərbə vura biləcək fikirlər səsləndirib? pizza hut

Bu suala cavab tapmaq üçün “Əl-Cəzirə” telekanalının internet səhifəsində Makronun anti-İslam mövqeyi barədə dərc edilmiş məqaləyə diqqət etmək yetərlidir. Məqalədə  Prezident Emmanuel Makronun "İslamçı radikalizm"ə qarşı Fransanın dünyəvi dəyərlərini qorumaq üçün öz planını açıqladığı bildirilir. Bildirilir ki, Fransa Prezidenti,  bu gün İslam dininin bütün dünyada "böhran içində olduğunu" söyləyib.

Makronun İslamın əleyhinə fikirləri onun əsl antiislamçı olduğunu ortaya qoyub. Fransa Prezidentinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi də həm onun erməni lobbisinin təsiri altında olması, həm də İslam aləminə nifrəti ilə birbaşa əlaqəlidir.

Yeri gəlmişkən, Makronun anti-İslam mövqeyi sosial şəbəkələrdə də ciddi etiraza səbəb olub.

“Əvvəllər müsəlmanlara qarşı repressiya bir təhlükə idisə, indi bu, artıq reallığa çevrilib. Bir saatlıq çıxışı zamanı Fransa Prezidenti dünyəviliyi dəfn edib, ifrat sağçılara və müsəlmanlar əleyhinə solçulara stimul verərək, qlobal pandemiya şəraitinə baxmayaraq evdə təhsil almaq üçün kəskin məhdudiyyətlərin həyata keçirilməsinə çağırış edib və müsəlman tələbələrin həyatını təhdid edib”. Fransız müsəlman fəalı Yasir Louati “Twitter” qeyd edib.

Unikal.org yazır ki, Fransalı akademik Rim-Sarah Alaoune isə “Twitter” səhifəsində belə yazıb: “Prezident Makron İslam dinini bu gün bütün dünyada böhran içində olan bir din kimi xarakterizə edib. Nə deyəcəyimi bilmirəm. Bu, o qədər axmaq bir fikirdir ki, (üzr istəyirəm amma bu, belədir) burada heç başqa bir təhlilə də ehtiyac yoxdur. Narahatlığımı gizlətməyəcəyəm. Kraystçerç şəhərində baş verən dəhşətli terror aktını, Fransanın rasizmi ixrac edən ölkə olmasını da qeyd etmək lazımdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!