Makronun reytinqi ən aşağı səviyyəyə düşüb - SORĞU

saytların hazırlanması

Evə çatdırılma

Makronun reytinqi ən aşağı səviyyəyə düşüb - SORĞU

Siyasət

09 Oktyabr 2025 00:24 273


Fransa Mrezidenti Emmanuel Makrona etimad reytinqi baş nazirlərin dəyişməsi nəticəsində yaranan siyasi qeyri-sabitlik fonunda aşağı düşüb.

Oxu.Az xəbər verir ki, bunu "Les Echos" qəzetinin sifarişi ilə "Elabe" şirkətinin keçirdiyi sorğunun nəticələri təsdiq edir.

Sorğunun nəticələrinə görə, fransızların yalnız 14%-i Makronun ölkənin üzləşdiyi problemləri effektiv həll etmək qabiliyyətinə inanır. Bu, bir ay əvvəllə müqayisədə üç faiz bəndi azdır. Sezar pizza

Ümumilikdə, Fransa prezidentinin etimad reytinqi iki ayda 7, 2025-ci ilin martından isə 13 faiz bəndi aşağı düşüb.

14% etimad reytinqi ilə Makron 2016-cı ilin noyabrında sələfi Fransua Ollandın müəyyən etdiyi antirekordu təkrarlayıb.

Eyni zamanda, ümumilikdə respondentlərin 82%-i Fransanın hazırkı prezidentinə etimadının olmadığını, 59%-i isə ona "qətiyyən etibar etmədiyini" bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!