“Makronun sözləri ədəbsizlikdir“ - Rəcəb Tayyib Ərdoğan

saytların hazırlanması

Evə çatdırılma

“Makronun sözləri ədəbsizlikdir“ - Rəcəb Tayyib Ərdoğan

Siyasət

06 Oktyabr 2020 17:16 1913


“Bu gün bir çox Qərb ölkəsində irqçilik və islamofobiya birbaşa dövlət tərəfindən himayə edilir”.

Yenisabah.az xəbər verir ki, bunu “Məscidlər və din xadimləri həftəsi” tədbirində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Müsəlmanlara hücum etmək avropalı siyasətçilərin uğursuzluqlarını pərdələmək üçün istifadə etdikləri ən önəmli vasitələrindən biridir”, - o bildirib. pizza mizza

Ölkə başçısı həmçinin Fransa prezidenti Emmanuel Makronun İslam barədə son açıqlamasını da şərh edib:

“Makronun müsəlmanların sıx yaşadığı bir şəhərdə “İslam böhrandadır” deməsi yalnız hörmətsizlik deyil, eyni zamanda təxribatdır. Belə sözləri işlətmək ədəbsizlikdir”. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!