"Qarabağ"ın futbolçusu Maksim Medvedev karyerasını başa vurub.
Yenisabah.az xəbər verir ki, bu barədə Ağdam klubunun "Zirə"yə qarşı keçirdiyi Azərbaycan Kubokunun final oyununda məlumat verilib.
Oyundan əvvəl təcrübəli müdafiəçiyə xatirə hədiyyələri təqdim edilib. Dominos pizza
Kapitan sözügedən görüşə ehtiyat oyunçular skamyasında başlayıb.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2006-cı ildə Ağdam təmsilçisinin əsas komandasında debüt edib. O, 2009-cu ildən Azərbaycan millisinin formasını geyinib.
Telegram kanalımız