Maksim Medvedev millinin toplanışında iştirak etmək istəməyib

saytların hazırlanması

Evə çatdırılma

Maksim Medvedev millinin toplanışında iştirak etmək istəməyib

İdman

14 Mart 2021 21:58 772


Azərbaycan millisinin kapitanı Maksim Medvedev yığma komandanın mart ayındakı toplanışına qatılmayacaq.

Yenisabah.az xəbər verir ki, bununla bağlı AFFA-nın rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, “Qarabağ”ın müdafiəçisi yığmanın baş məşqçisi Canni de Byaziyə müraciət edərək şəxsi məsələləri ilə əlaqədar toplanışa cəlb olunmamasını xahiş edib. Dominos pizza

İtaliyalı mütəxəssis də Medvedevin xahişini müsbət cavablandırıb.

Qeyd edək ki, millimiz martın 24-də və 30-da seçmə mərhələsi çərçivəsində müvafiq olaraq Portuqaliya və Serbiya ilə, 27-də isə yoldaşlıq görüşündə Qətərlə ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!