Maksim Medvedev və Qara Qarayev yenə fərqləniblər

saytların hazırlanması

Evə çatdırılma

Maksim Medvedev və Qara Qarayev yenə fərqləniblər

İdman

27 Noyabr 2021 13:03 1082


Konfrans Liqasının qrup mərhələsinin 5-ci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

Yenisabah.az xəbər verir ki, “Qarabağ”ın kapitanları Maksim Medvedev və Qara Qarayev ən çox dəqiq ötürmə verən futbolçular sırasında yer alıb.

Hər iki futbolçu Tofiq Bəhramov adına Respublika Stadionunda “Omoniya” ilə keçirilən görüşdə 83 dəqiq ötürmə ilə yadda qalıb. Bununla Maksimlə Qara 5-ci turda dəqiq ötürmə baxımından 2-3-cü yerləri bölüşdürür. Milli komandamızın oyunçuları yalnız “Randers”in üzvü Lasse Berq Yonsendən geri qalır. Norveçli yarımmüdafiəçi ÇFR-lə görüşdə 92 dəqiq ötürmə ilə komandasının 2:1 hesablı qələbəsində böyük pay sahibi olub. pizza

Davinson Sançesdə (“Tottenhem”) 82, Bruno Martins İndidə (“Alkmaar”) isə 81 ünvana çatan pas olub.

Qeyd edək ki, “Omoniya” qollu heç-heçə (2:2) edən “Qarabağ” son tur öncəsi 11 xalla qrupda ikinci pillədə qərarlaşıb. (Qol.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!