“Maksimi xain  çıxarmaq düzgün deyil”  

saytların hazırlanması

Evə çatdırılma

“Maksimi xain  çıxarmaq düzgün deyil”  

İdman

10 Noyabr 2023 10:58 2951


“Qarabağ”ın “Bayer”ə məğlubiyyətində Maksim Medvedevin günahlandırlması azarkeş hisslərinin təzahürüdür”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış idman jurnalisti, Aut.az saytının baş redaktoru Natiq Muxtarlı deyib.

Müsahibimiz ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda baş tutan “Qarabağ” 0:1 “Bayer 04 Leverkusen” oyununda komandamızın müdafiəçisi Maksim Medvedevin səhvindən sonra qapımıza təyin olunan penaltidən söz açıb. Toyuqlu pizza

Xatırladaq ki, oyunun sonlarına qədər Leverkuzen təmsilçisini Bakıdan 1 xalla göndərmək niyyətində olan “köhlən atlar” son dəqiqələrdə M. Medvedevin cərimə meydançasında topa əllə müdaxiləsi nəticəsində qapısında 11 metrlik cərimə zərbəsi görüb.

Qeyd edək ki, 90+4 dəqiqədə almanların heyətində Viktor Bonifeysin hesabı açması nəticəsində “Bayer” 12 xalla 1/8-i qarantiya edib. Ağdam təmsilçisi isə 6 xalla ikinci yerdə qərarlaşıb. “Qarabağ” növbəti mərhələdə dekabrın 1-də “Molde” səfərinə yollanacaq. Daha sonra komandamız dekabrın 14-də evdə İsveç çempionu “Hacken”i qəbul edəcək.

Oyunla bağlı fikirlərini söyləyən N. Muxtarlı hesab edir ki, məğlubiyyətdən sonra yaranan hisslər hər yerdə belədir və azarkeş məğlubiyyətə görə kimisə günahlandırmalıdır:

“Özü də belə məğlubiyyətə görə. Son dəqiqə, qol epizodunun olmadığı məqam və Maksimin illərin təcrübəsinin əksinə olaraq əlləri açıq halda mübarizəyə qalxması. Amma buna görə Maksimi “xain” də çıxarmaq düzgün deyil. Futbolda saysız-hesabsız penaltilər olur. Hər biri də hansısa futbolçunun səhvi ucbatından baş verir. Sadəcə, Maksim meydana yeni daxil olduğu üçün oyunun ağırlığına adaptasiya ola bilmədi. O, daha soyuqqanlı olmalı idi. Görünür, son vaxtlar az oynaması onun performansına təsir edib”.

Müsahibimiz əmin edib ki, komandamızın “Bayer”ə uduzması acınacaqlı məğlubiyyətdir:

“Ona görə də azarkeşlərin qəzəbli olması başadüşüləndir. Bu qəzəbi də kiminsə üzərinə tökməlidirlər. Bəlkə də oyun ərzində “Qarabağ”ın yeganə səhvi də məhz bu epizod idi ki, o da qolla nəticələndi. Bu səhvi də Maksim etdi. Deməli, tənqid olmalıdır. Amma emosiyalar səngiyəndən sonra bunun futbolun bir hissəsi olduğunu hər kəs qəbul edəcək. Futbol həm də səhvlər deməkdir. Qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu və hətta məşqçi və hakim səhvləri...”

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aydin
    Qarabag yaxsi oynadi. Amma netice hamini meyus etdi. Sahruddin getdi indi basqa oyuncular basladi gobud sehve. 11 olmasa belke de 2 ci yeri qarantilemisdiler. Neche qol veziyyetlerin de bosa verdiler. Yene de ugurlar qarabaga.
    3 years ago