Mal-qara oğruları saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Mal-qara oğruları saxlanıldı

Kriminal

25 İyul 2020 11:36 949


Şəki Şəhər Rayon Polis Şöbəsinə rayonun Yeni Çələbixan qəsəbəsində ümumi dəyəri 4 min manatdan yuxarı olan iribuynuzlu mal-qaranın oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 baş dananı oğurlayan şəxslərin Şəki şəhər sakinləri Famil Səmədov və Sabir Pirməmmədov olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb. Oğurlanmış heyvanlar isə F. Səmədovun yaşadığı evin həyətyanı sahəsində aşkarlanıb və onlar sahibinə geri qaytarılıb.

F. Səmədov və S. Pirməmmədov həmin heyvanları satmaq məqsədilə oğurladıqlarını bildiriblər. Pepperoni pizza

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmaması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!