Mal-qara oğruları saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Mal-qara oğruları saxlanıldı

Kriminal

04 Avqust 2020 11:30 831


Göyçay Rayon Polis Şöbəsinə rayonun  Birinci Ərəbcəbirli kəndində ümumi dəyəri 3 min manat olan 2 baş inəyin oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iribuynuzlu heyvanları oğurlayan şəxslərin zərərçəkmişin həmkəndlisi, əvvəllər məhkum olunmuş Elşən Niyatov və rayonun Mallı-Şıxlı kənd sakini Kənan Şəfizadə olduğu müəyyən edilib.Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı saxlanılan şəxslərin həmin heyvanları oğurladıqdan sonra Bərdə rayonunda satdıqları məlum olub.

Faktla bağlı araşdırma aparılır. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!