Türkiyənin Malatya şəhərində baş vermiş 5.6 bal gücündə zəlzələ nəticəsində dağıntılar olub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub. pizza hut
Məlumata görə, axtarış-xilasetmə briqadaları zəlzələ bölgəsində fəaliyyətə başlayıb. Ata və qızı da daxil olmaqla bir neçə nəfərin dağıntılar altında qaldığı bildirilir.
Türkiyənin vitse-prezidenti Fuad Oktay mətbuata açıqlamasında deyib ki, bu gün qeydə alınan zəlzələ nəticəsində iki nəfər xəsarət alıb. O, vətəndaşları zədəli binalardan uzaq olmadığı çağırıb.
Telegram kanalımız