Malayziyanın Kralı Sultan İbrahim başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Malayziyanın Kralı Sultan İbrahim başsağlığı verdi

Siyasət

14 Yanvar 2025 14:59 218


Malayziyanın Kralı Sultan İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığə məktubu ünvanlayıb.

Yenisabah.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri. Marqarita pizza

2024-cü il dekabrın 25-də "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması xəbəri məni və Kraliça Raca Zarit Sofianı dərindən kədərləndirdi.

Həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Bu çətin zamanda düşüncələrimiz və dualarımız yaxınlarını itirmiş insanlarladır. Eyni zamanda, yaralananların tezliklə sağalmalarını arzu edirik.

Qoy Azərbaycan xalqının gücü və birliyi ona bu ağrı-acılı günlərdə kömək olsun!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!