Maliyyə naziri təyin edilən Sahil Babayevlə bağlı   MARAQLI MƏLUMATLAR

saytların hazırlanması

Evə çatdırılma

Maliyyə naziri təyin edilən Sahil Babayevlə bağlı MARAQLI MƏLUMATLAR

Siyasət

06 Fevral 2025 19:15 14725


Xəbər verdiyimiz kimi, Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə Sahil Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.

Yenisabah.az nazirin dosyesini təqdim edir:

Sahil Babayev 1980-ci ildə anadan olub. Marqarita pizza

2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

2018-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Sahil Rafiq oğlu Babayev yeni kabinetdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib.

2022-ci ildə Macarıstanın “Ləyaqət” ordeni, 2023-cü ildə isə 1-ci dərəcəli “Serbiya bayrağı” ordeni ilə təltif olunub.

Ailəlidir, 1 övladı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aysel
    İllərə baxsaq,1980də anadan olub,19 yaşından handa bir vəzifəyə təyin olunub.Kim olursa olsun, yaddaşlarda əmək və "əhalinin sosial müdafiəsi" naziri kimi qalacaq. Qaziləri az incitməmişdi,qalan məmurlar kimi. Nə qədəri özünü yandırdı.
    1 year ago