“Malmö” “Sumqayıt”ın mümkün rəqibləri sırasına qoşuldu 

saytların hazırlanması

Evə çatdırılma

“Malmö” “Sumqayıt”ın mümkün rəqibləri sırasına qoşuldu 

İdman

31 İyul 2020 12:21 1217


İsveç kubokunda 2019/20 mövsümünə yekun vurulub.

Yenisabah.az  xəbər verir ki, final matçında “Höteborq”la “Malmö” üz-üzə gəlib.

Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda kubokun sahibi əlavə vaxtda müəyyənləşib. Qələbə qolunu vurmağa nail olan “Höteborq” ölkə kubokuna yiyələnib. Dördpendirli pizza

Bununla da İsveçin Avropa Liqasındakı bütün təmsilçiləri bəlli olub. Kuboku qazanan “Höteborq” Avropa Liqasının II təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Çempionatın gümüş və bürüncə sahib çıxan “Malmö” ilə “Hammarbü” I təsnifat mərhələsində mübarizə aparacaq.

Sonuncuların bu raundda oynayacağı öncədən bəlli idi. “Malmö” finalda uduzmaqla II deyil, I təsnifatda oynamalı olub. UEFA reytinqi yüksək olan komanda avqustun 10-dakı püşkatmada səpələnmişlərdən biri olacaq. Bu isə o deməkdir ki, “Malmö” Azərbaycan təmsilçisi “Sumqayıt”ın mümkün rəqibləri sırasına qoşulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!