“Mançester Yunayted” bu planından intina etdi - Yaxın Şərqdəki gərginliyə görə

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Yunayted” bu planından intina etdi - Yaxın Şərqdəki gərginliyə görə

İdman

15 Yanvar 2020 11:56 1043


İngiltərənin “Mançester Yunayted” klubu Qətərdə keçirilməsi planlaşdırılan təlim-məşq toplanışına getməkdən imtina edib.

“Yeni Sabah” xəbər verir ki, komandanın baş məşqçisi Ole Qunner Suşer bununla bağlı açıqlama verib. O, Yaxın Şərqdə gərginləşən vəziyyətə görə, planlarını dəyişdiklərini və bu addımı atdıqlarını söyləyib:

"Futboldan çox məni həyəcanlandıran başqa şeylər var. Yaxın şərqdə toplanmağı düşünürdük, amma bu plan ləğv edilir. Futbolçulara bir neçə gün tətil verəcəyəm. Onların hara gedəcəyini bilmirəm, amma mütləq Avropada qalacağıq". pizza

Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın aviazərbəsi nəticəsində İran generalı Qasım Süleymani öldürülüb.

Qeyd edək ki, bundan əvvəl ABŞ millisi də Qətərdəki təlim-məşq toplanışından imtina etmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!