Manaf Afətə ev bağışlayıb? - Video

saytların hazırlanması

Evə çatdırılma

Manaf Afətə ev bağışlayıb? - Video

Şou

02 İyul 2024 14:00 596


Müğənni Manaf Ağayev qadın həmkarı Afət Fərmanqızına ev bağışlayıb. 

Yenisabah.az bizim media-ya istinadla xəbər verir ki, bu haqda Afət dəbdəbəli mənzilində qonaq qəbul etdiyi "Ay Zaur" verilişində deyib. 

"Bu evi mənə Manaf bağışlayıb. Heç mən bunu qardaş-qardaş arasında görməmişdim. O məndən pul almadan bu evi adıma keçirdi. Bilmirəm o mənəmi bu qədər etibar etdi, yoxsa özü belə ürəkli oğlandır. Burada iki nüans var. Mən onda Manafı özüm üçün kəşf etdim ki, necə böyük ürəyə malikdir", - deyə A.Fərmanqızı vurğulayıb.  Dördpendirli pizza

Onun bu sözlərinə Manaf "Mən heç bir işi sənətə görə etmirəm. Mənim üçün ən əsası qarşımda duranın əsl insan olmasıdır" deyərək cavab verib. 

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Fatma Mahmudova efirlərin birində meyxanaçı Namiq Məna tərəfindən ona bağ evi hədiyyə olduğunu bildirmişdi. Lakin söz xiridarı bu məsələnin zarafat olduğunu açıqlamışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!