Manaf Ağayev: “Bəlkə də indi həyatda olmazdım...“

saytların hazırlanması

Evə çatdırılma

Manaf Ağayev: “Bəlkə də indi həyatda olmazdım...“

Şou

07 Yanvar 2021 17:13 1065


"Günlərlə qızdırmam 38 dərəcədən aşağı düşmürdü. Bədənim o qədər pis ağrıyırdı ki, təsəvvürünüzə gətirin, spirti əlimə su kimi tökürdüm, ancaq iyini hiss edə bilmirdim”.

Yenisabah.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl koronavirusa yoluxan müğənni Manaf Ağayev deyib. Dalğa TV-də yayımlanan “Günə Bir Şou” proqramının qonağı olan ifaçı yas mərasimlərində virusa yoluxduğunu ehtimal edib:

“Virus elə bir şeydir ki, konkret bilmək olmur kim səni yoluxdurdu. Son zamanlar mən və həyat yoldaşım tez-tez yas mərasimlərinə gedirdik. Düşünürəm ki, yəqin biz də elə orda virusa yoluxduq. Başıma gəlməyincə, bunu boş bir şey kimi qəbul edirdim. Hiss etdim ki, nəsə sümüklərim sızıldayır. Oğlum dedi ki, get, test ver. Onun təkidi ilə getdim, pozitiv çıxdı”. Dördpendirli pizza

57 yaşlı müğənni vaxtında xəstəliyin üstünə düşməsə həyatda olmaya biləcəyini deyib:

“Günlərlə xəstəxanada yatmalı oldum. Bir neçə gün sonra həyat yoldaşım da xəstəxanaya yerləşdirildi, çünki vəziyyəti ağırlaşırdı. Vaxtında üstünə düşməsəm, bəlkə də indi həyatda olmazdım. Çünki səhhətimdə bir çox problemlər var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!