Manaf Ağayev həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Manaf Ağayev həbs olundu

Kriminal

18 Fevral 2022 13:45 4667


Müğənni Manaf Ağayev və dostu Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

DİN rəsmisinin sözlərinə görə, onlar barəsində protokollar tərtib edilib: Dominos pizza

"Protokollar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub".

Xatırladaq ki, müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfərini əks etdirən görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan fotolarda müğənni və dostunun işğaldan azad olunmuş yerlərə qanunsuz səfəri müzakirə obyektinə çevrilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!