Manaf Ağayevi Füzulidə karvanla qarşıladılar –   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Manaf Ağayevi Füzulidə karvanla qarşıladılar – VİDEO

Şou

26 Aprel 2024 16:02 11961


Müğənni Manaf Ağayev ad günündə Füzuli şəhərinə yollanıb. 

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, 60 yaşına qədəm qoyan sənətçi bu münasibətlə növbəti dəfə ata yurduna gedib. 

Ağayev bildirib ki, toy sahibləri məclisi xüsusi olaraq onun doğum gününə salıblar.  pizza

“Bu gün 60 yaşımı doğma yurdum Füzulidə toyda qeyd etmək qismət oldu. Allah bəyimizi xoşbəxt eləsin. Hər zaman Qarabağımıza xoş günlərə gələk, İnşallah”, - deyə Manaf vurğulayıb. 

Qeyd edək ki, 2022-ci ildə “AA” seriyalı avtomobili ilə Füzuliyə gedən Manaf Ağayevin görüntüləri sosial şəbəkədə yayılaraq səs-küylə qarşılanmışdı.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində M.Ağayev və dostunun işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olduğu məlum olmuşdu. Bu səbəbdən müğənni 15 sutka həbs olunmuşdu. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!