Manaf Ağayevi Füzuliyə buraxan polis polkovniki işdən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Manaf Ağayevi Füzuliyə buraxan polis polkovniki işdən qovuldu

Maraqlı

07 Mart 2022 13:14 1569


Müğənni Manaf Ağayevin Füzuliyə qanunsuz səfərinə görə polis polkovniki xidmətdən kənarlaşdırılıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər Nazirliyində aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi - polis polkovnik-leytenantı N. Nəbiyevin vəzifə səlahiyyətlərinin icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili işlər orqanlarında xidmətdən xaric olunub", - məlumatda qeyd olunub. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!