Əməkdar artist Elza Seyidcahan prodüser Tarix Əliyevin (Tolik) "Tolik ilə səmimi" layihəsinin növbəti qonağı olub.
Yenisabah.az xəbər verir ki, müğənni Manaf Ağayevin sənətindən danışıb və onu sərt tənqid edib:
"Bir dəfə Manaf müəllimi efirdə gördüm, muğam üzərində improvizə etdi. Dəvət etdim evimizə, dedim, sizə Adnan Şenses tərzində estrada mahnısını hədiyyə edirəm, oxuyun. İstəyərdim bəstəkardan oxusun. Amma o, dedi ki "Bu işin içində mənəm, camaat istəmir".
Necə ki gedib özünə 6 minlik köynək alırsan, ailənə brilliant kolye alırsan, ən bahalı villa səndədir, eləcə də ən bahalı sənət Azərbaycandadır. Manaf bəyin həyətində bir zibil qabı var ki, o da gümüşdəndir, bəlkə də. Sən əgər bilmirsənsə, keyfiyyət nə deməkdir, əsər nə deməkdir, onda bəs evinə niyə gedib bahalı hovuz tikdirirsən, o zibilqablarını alıb qoyursan? Xahiş edirəm, eləcə də musiqimizə elə yanaşsın. Gəncləri korlayan Manaflar var Mətanətlər (Əsədova) var".
//ok.ru/videoembed/1594561202794
Əsmətxanım Telegram kanalımız