Manaf Ağayevin oğlu işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Manaf Ağayevin oğlu işdən çıxarıldı

Sosial

11 Sentyabr 2025 11:48 1655


Müğənni Manaf Ağayevin oğlu Elçin Ağayev Bakı Sağlamlıq Mərkəzindəki vəzifəsindən kənarlaşdırılıb.

Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, Elçin Ağayev üç ay öncə Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində direktorun məsləhətçisi vəzifəsinə təyin olunmuşdu.

Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-lərdə yazıldığı kimi, burada “direktorun müşaviri” vəzifəsi yoxdur, Elçin Ağayevin təyin olunduğu vəzifə “direktorun məsləhətçi” postu olub. pizza hut

Manaf Ağayevin oğlu bu postda cəmi üç ay işləyib və sentyabr ayında işdən çıxarılıb. Onun işdən çıxarılma səbəbi etimadı doğrultmamasıdır.

Elçin Ağayev daha əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Monitorinq və Daxili Təhqiqat Departamentinin müdiri vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!