Əməkdar artist Manana Çaparidze 5 ay sonra övladlarına qovuşub.
Yenisabah.az xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. O, övladları ilə görüntülərini payalaşaraq 5 ay sonra onlarla görüşə bildiyini yazıb:
"Mən bilirəm ki, sizin çoxunuz, mənim uşaqlarımla görüşməyimə çox sevinəcəksiniz. Bu aylar ərzində onlar xeyli böyüyüblər. Bütün tanıdığım və tanımadığım, mənə görə narahat olan, mənə mənəvi dəstək olan, gözəl insanlara təşəkkür etmək istəyirəm. Arzu edirəm ki, heç bir halda, heç kəs öz ailəsi və övladlarıyla, ayrılıq görməsin, hamı birlikdə salamat və xoşbəxt olsunlar". pizza mizza
Qeyd edək ki, bir neçə ay öncə müğənni anası ilə birgə Gürfcüstana keçmək istəsə də onları karantinə görə sərhəddən geri yollamışdılar.
Telegram kanalımız