Manat türk lirəsinin yolunu gedəcək?   – “Türkiyədə baş verən proseslərin Azərbaycanda təkrarlanması...” 

saytların hazırlanması

Evə çatdırılma

Manat türk lirəsinin yolunu gedəcək? – “Türkiyədə baş verən proseslərin Azərbaycanda təkrarlanması...” 

İqtisadiyyat

25 Oktyabr 2021 14:46 3257


“Türkiyədə lirənin dəyərdən düşməsi, inflyasiya prosesləri həm qlobal iqtisadiyyatla, həm də Türkiyənin iqtisadi idarəçiliyi ilə bağlıdır. Qlobal miqyaslı inflyasiyadan bütün dünya ölkələri təsirlənir. Azərbaycan da bu proseslə üzləşir. Ciddi şəkildə həm ərzaq, həm də qeyri ərzaq məhsullarının bahalaşması gedir”.

Bunu Yenisabah.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.

O, Türkiyədə baş verən proseslərin Azərbaycana köç etməsi təxminin səhv olduğunu deyib: pizza sifarişi

“Azərbaycanda fərqli vəziyyət yaranıb. Əsas ixrac resursu olan neft və qazın qiyməti son 7 ilin ən yüksək səviyyəsindədir. Buna görə də, manatın dəyərdən düşmə riski hələ gözlənilmir. Türkiyədən fərqli olaraq, Azərbaycanda üzən məzənnə rejimi yoxdur.

Bu baxımdan hazırkı dönəmdə Türkiyədə baş verən proseslərin Azərbaycanda da davam edəcəyini gözləməyə dəyməz. Bildiyimiz kimi, hökümət növbəti ildə manatın kursunu stabil saxlamağı planlaşdırır”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!