Manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

İqtisadiyyat

03 Yanvar 2024 20:46 5557


“Manatın məzənnəsinin builki parametrləri büdcədə də, Neft Fondunun büdcəsində də, dövlət sənədlərində də 1 manat 70 qəpiklə hesablanıb. Bununla bağlı bir dəyişikliyin olacağını düşünmürəm. Çünki bizdə inzibati məzənnə rejimidir. Yəni məzənnəni bazar təyin etmir”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Musavat.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

Ekspertin sözlərinə görə, hökumətin və Mərkəzi Bankın məzənnə dəyişikliyi fikri yoxdur: pizza sifarişi

“Amma bunu bir faktor da dəyişə bilər – neft qiymətlərinin kəskin ucuzlaşması. Açığı, dünyadakı prosesləri nəzərə alsaq, hələlik bu da real görünmür. Ancaq az da olsa, belə bir ehtimal hələ də mövcuddur ki, neft qiymətlərinin kəskin aşağı düşməsi, uzun müddət – məsələn, 40-50 dollar civarında qalması manatın məzənnəsinə istər-istəməz təsirsiz ötüşməyəcək. Yəni qısamüddətli düşsə də, hökumətin hansısa bir addım atacağını düşünmürəm. Amma neftin qiyməti düşərsə və uzun müddət – bir neçə ay aşağı səviyyələrdə qalarsa, o zaman məzənnə dəyişiklikləri ilə bağlı qərar verilə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!