İngiltərə Federasiya Kubokunun finalında "Mançester Siti" ilə "Mançester Yunayted" qarşılaşıb.
Yenisabah.az xəbər verir ki, "Uembli" stadionunda keçirilən matçda "Mançester Yunayted" qələbə qazanıb - 2:1.
Oyundan öncə "Mançester Siti" favorit sayılsa da, "qırmızı şeytanlar" rəqiblərini məğlub etməklə kuboku qazana biliblər. Marqarita pizza
Sonuncu kubokunu 2017-ci ildə Avropa Liqasında qazanan "Mançester Yunayted" nəhayət, uğursuzluq seriyasını qırmağı bacarıb.
Qeyd edək ki, "Mançester Yunayted" 12-ci dəfə Federasiya Kubokunun qalibi olub.
Telegram kanalımız