“Mançester Siti” dünya çempionu oldu 

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Siti” dünya çempionu oldu 

İdman

23 Dekabr 2023 09:16 1027


Klublararası dünya çempionatında final matçı keçirilib. 

Yenisabah.az xəbər verir ki, həlledici görüşdə İngiltərə "Mançester Siti"si Braziliyanın “Fluminense” komandası ilə qarşılaşıb. "Şəhərlilər" rəqiblərini 4:0 hesabı ilə məğlub edərək mundialın qalibi olublar. 

Hesabı 1-ci dəqiqədə Xulian Alvares açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden fərqi bir qədər də artırıb. 88-ci dəqiqədə Foden dubl edib və oyunda son nöqtəni qoyub.  Pepperoni pizza

Qeyd edək ki, dünya çempionatında 3-cü yeri Yaponiyanın “Urava Red Daymonds” klubunu 4:2 hesabı ilə üstələyən Misir təmsilçisi “Əl-Əhli” tutub. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!