“Mançester Siti” Quardiola ilə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Siti” Quardiola ilə bağlı qərar verdi

İdman

22 Noyabr 2024 09:51 620


İngiltərə Premiyer Liqasının güclü klubların “Mançester Siti” baş məşqçi Pep Quardiola daha 2 il postunda qalacaq.

Yenisabah.az xəbər verir ki, komanda ispaniyalı mütəxəssislə 2027-ci ilədək müqavilə imzalayıb.

53 yaşlı çalışdırıcı 2016-ci ildən bəri “Mançester Siti”nin başındadır. Quardiola komanda ilə 6-sı Premiyer Liqa və 1-i Çempionlar Liqası olmaqla, 18 kubok qaldırıb. Onun baş məşqçi kimi işlədiyi dövr klubun “qızıl dövrü” sayılır. Dominos pizza

Bu mövsüm 11 tur ərzində 23 xal toplayan “Mançester Siti” Premiyer Liqada 2-ci pillədədir. Komanda lider “Liverpul”dan 5 xal geri qalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!