Bu gün Çempionlar Liqasında 2-ci finalçı da müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, yarımfinalın cavab görüşündə "Mançester Siti" "Real"ı qəbul edib. Matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Bu komandalar arasında ilk matç 1:1 hesabı ilə nəticələndiyindən "Mançester Siti" finala vəsiqə qazanıb. Pepperoni pizza
Qeyd edək ki, ingilislərin finalda rəqibi "Milan"a hər iki görüşdə (1:0, 2:0) qalib gələn "İnter" olacaq.
17 may
23:00. "Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 4:0
Qollar: B.Silva, 23, 37, E.Militao, 76-avtoqol, J.Alvarez, 90+1
Baş hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun - 1:1
Telegram kanalımız