“Mançester Siti“ tarixində ilk dəfə Çempionlar Liqasının qalibi oldu 

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Siti“ tarixində ilk dəfə Çempionlar Liqasının qalibi oldu 

İdman

11 İyun 2023 07:03 790


UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçirilib.

Yenisabah.az-ın məlumatına görə, Türkiyənin İstanbul şəhərində oynanılan həlledici görüşdə İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları üz-üzə gəliblər. Atatürk Olimpiya Stadionundakı qarşılaşma "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə qapılara qol vurulmayıb. Əvəzində "şəhərlilər" ciddi itki ilə üzləşiblər. Zədələnən Kevin De Brüyne 36-cı dəqiqədə Fil Fodenlə əvəzlənib. Sezar pizza

Matçdakı yeganə qol 68-ci dəqiqədə vurulub. Cərimə meydançasındakı qarışıqlıqdan sonra top Rodrinin qarşısına düşüb. İspaniyalı yarımmüdafiəçi isə qüvvətli və dəqiq zərbə ilə komandasına tarixi qələbə qazandırıb.

Beləliklə, "Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. "İnter" isə indiyədək oynadığı 7 finalda 4-cü məğlubiyyətini alıb.

UEFA Çempionlar Liqası

Final

10 iyun

23:00. "Mançester Siti" (İngiltərə) - "İnter" (İtaliya) - 1:0

Qol: Rodri, 68

Baş hakim: Şimon Marçinyak (Polşa)

İstanbul, Atatürk Olimpiya Stadionu 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!