“Mançester Siti” uğursuz seriyanı davam etdirir

saytların hazırlanması

Evə çatdırılma

“Mançester Siti” uğursuz seriyanı davam etdirir

İdman

27 Dekabr 2024 10:01 617


İngiltərə Premiyer Liqasının 18-ci turunda “Mançester Siti” doğma meydanda “Everton”u qonaq edib. “Şəhərlilər” hesabda öndə olsalar da, bu üstünlüklərini sonacan qoruya bilməyib.

Yenisabah.az xəbər verir ki, mançesterlilər 14-cü dəqiqədə Bernardo Silvanın qolu ilə 1-0 önə keçib. “Everton”un cavabı isə 36-cı dəqiqədə gəlib və ilk hissə 1-1 bərabərliklə yekunlaşıb. “Mançester Siti”nin gənc ulduzu Erlinq Haland 53-cü dəqiqədə penaltidən yararlana bilməyib.

Bu nəticə ilə “Mançester Siti” xallarının sayını 28-ə, “Everton” isə 17-yə yüksəldib. Quardiolanın tələbələri lider “Liverpul”dan 14 xal geri qalır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!